Yuxarı
    Bağlamaq

    Qırğız Respublikası prezidentinin xəstəliyi məlum olub

    Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər var

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər var.

    "Report" Qırğız KİV-ə isitnadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Almaz Usenov sosial şəbəkədəki səhifəsində yazıb.

    O qeyd edib ki, A.Atambayev hazırda Moskvada Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinikasında müalicə olunur: "Həkimlər müayinə etdikdən sonra onun ürəyindəki xəstəliyi müalicə ediblər. Hazırda ürək ritmində pozulma halı tamam aradan qaldırılıb".

    Mətbuat katibi bildirib ki, Qırğız Respublikasının prezidenti 2008-ci ildə zəhərləndirildikdən sonra həzm sistemindən Türkiyədə cərrahiyyə əməliyyatı olunub: "Almazbek Atambayev həzm sisteminin proflilaktikası məqsədi ilə endoskopik arqon-plazma ablyasiyası edilib. Həkimlər onun səhhətində əhəmiyətli dərəcədə irəliləyişin olduğunu bildiriblər".

    A.Usenov deyib ki, ölkə prezidenti bu həftənin sonunda xəstəxanadan evə buraxıla bilər.

    Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsinin davam etdirmək üçün o, Moskvaya gedib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi