Yuxarı
    Bağlamaq

    ​Qırğız Respublikası Milli Qvradiyasında atışma nəticəsində bir hərbçi ölüb, biri yaralanıb

    Hadisənin başvermə səbəbi araşdırılır

    Bakı. 28 dekabr. REPORT.AZ/ Qırğız Respublikası Milli Qvardiyasının əsgərləri arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qırğız Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

    "Dekabrın 28-də gecə saatlarında Milli Qvardiyanın qaravul xidmətinə basqın edən iki müddətli hərbçi ağır yaralanıb. Onlardan biri xəstəxanada ölüb, digərinin səhhəti ağırdır", - nazirlikdən bildirilib.

    Hadisənin başvermə səbəbi araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi