Qırğız Respublikası KTMT baş katibi vəzifəsinə Belarusdan olan namizədi dəstəkləyib

Qırğız Respublikası KTMT baş katibi vəzifəsinə Belarusdan olan namizədi dəstəkləyib Bakı. 19 dekabr. REPORT.AZ/ Qırğız Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın namizədliyini dəstəkləyir.
Region
19 Dekabr , 2018 16:46
Qırğız Respublikası KTMT baş katibi vəzifəsinə Belarusdan olan namizədi dəstəkləyib
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Qırğız Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın namizədliyini dəstəkləyir.

“Report” “Sputnik Kyrgyzstan”a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bildirib.

“Bu il KTMT-də sədrlik Qırğız Respublikasına keçib və mən Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etdim, söhbət etdik, mən də qərarı imzaladım”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, bundan əvvəl S.Zasın namizədliyi Qazaxıstan və Tacikistan prezidentləri tərəfindən də dəstəklənmişdi.

Qeyd edək ki, noyabrın 8-də KTMT-nin Astana sammitində təşkilatın baş katibi vəzifəsinə Ermənistandan sonra Belarus təmsilçisinin gətiriləcəyi qərarlaşdırılmışdı.

Son xəbərlər

Orphus sistemi