Yuxarı

Qırğız Respbulikasının yeni konstitusiyası təsdiqlənib

Almzabek Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkənin yenilənmiş konstitusiyasının təsdiqlənməsi haqqında fərman imzalayıb.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, təntənəli imzalanma mərasimində baş nazir Sooronbay Jeenbekov, hökumət və parlament üzvləri iştirak edib.

A.Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb.

Qeyd edək ki, ötən il dekabrın 11-də Qırğız Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi üçün referendum keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi