Yuxarı

Qırğız prezidenti müalicəsini Moskvada davam etdirəcək

Almazbek Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı rusiyalı həkimlərin dəvəti ilə Moskvaya gedib.

Məlumata görə, A.Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.

Qeyd edək ki, Qırğız Respublikası prezidentinin mətbuat xidməti A.Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-də başa çatacaq. 

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi