Qırğız parlamentinin sədri istefa verib

Qırğız parlamentinin sədri istefa verib Çınıbay Tursunbekov: “Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm”
Region
25 Oktyabr , 2017 09:57
Qırğız parlamentinin sədri istefa verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qırğız Respublikası parlamentinin sədri Çınıbay Tursunbekov vəzifəsindən istefa verib.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, o, bunu parlamentin oktyabrın 25-də keçirilən iclasında elan edib.

“Mənim bütün fəaliyyətim qanunvericilik prinsiplərinə əsaslanıb. Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm”, - Ç.Tursunbekov vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekov qalib gəlib.

Son xəbərlər

Orphus sistemi