Qırğız hökuməti istefaya göndərilib

Qırğız hökuməti istefaya göndərilib Hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub
Region
26 Oktyabr , 2016 10:16
Qırğız hökuməti istefaya göndərilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.

"Report" Qırğız KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb.

Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub.

Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, "Onuquu-Proqres" və "Ata Meken" partiyaları daxil idi. Koalisiya 2015-ci il noyabrın 2-də yaranıb. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağılmasına səbəb olub.

İngilis versiyası Kyrgyz government dismissed

Son xəbərlər

Orphus sistemi