Qətər əmiri Türkiyəyə səfər edəcək

Qətər əmiri Türkiyəyə səfər edəcək Onun Türkiyə rəsmiləri ilə ikitərəfli münasibəti, bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəyi gözlənilir
Region
14 Sentyabr , 2017 18:35
Qətər əmiri Türkiyəyə səfər edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Qətər əmiri Təmim bin-Hamed əl-Sani Türkiyəyə səfər edəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində əmirin Türkiyə rəsmiləri ilə ikitərəfli münasibəti və bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bu il iyulun 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər etmişdi. Onu ölkə paytaxtı Dohanın hava limanında əmir Əl-Sani qarşılamışdı. 

Son xəbərlər

Orphus sistemi