Qətər əmiri bu gün Türkiyəyə səfər edəcək

Qətər əmiri bu gün Türkiyəyə səfər edəcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təsisi haqqında Birgə bəyannamə imzalanacaq
Region
18 Dekabr , 2014 01:44
Qətər əmiri bu gün Türkiyəyə səfər edəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Qətər əmiri Şeyx Təmim bin Hamad əl-Tani bu gün Türkiyəyə səfər edəcək.

"Report" TRT-yə istinadən xəbər verir ki, iki günlük səfər zamanı Qətər əmiri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Səfər çərçivəsində həmçinin iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təsisi haqqında Birgə bəyannamənin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi