"Qazprom"un rəhbəri Moskvada yol qəzasına düşüb

"Qazprom"un rəhbəri Moskvada yol qəzasına düşüb Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın Qazprom şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller Moskvanın Kaşirski şosesində yol qəzasına düşüb.
Region
7 Sentyabr , 2018 21:32
Qazpromun rəhbəri Moskvada yol qəzasına düşüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller Moskvanın Kaşirski şosesində yol qəzasına düşüb.

“Report” xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.

İnformasiyanı həmçinin Millerin nümayəndəsi Sergey Kupriyanov RBK-ya təsdiqləyib.

"Ciddi bir şey yoxdur, qrafikə təsir etməyib", — deyə Kupriyanov bildirib.

O əlavə edib ki, hadisə Millerin içərisində olduğu maşın "Ostafyevo" hava limanından gələn zaman baş verib.

"Heç kim xəsarət almayıb. Qaydalar çərçivəsində gedirdik, pozuntuya yol verilməyib", — deyə Kupriyanov söyləyib.

Son xəbərlər

Orphus sistemi