​"Qazprom"un gəlirləri 7 dəfə azalıb

​"Qazprom"un gəlirləri 7 dəfə azalıb Şirkət bunu rublun məzənnəsinin düşməsi ilə əlaqələndirib
Region
29 Aprel , 2015 14:22
​Qazpromun gəlirləri 7 dəfə azalıb

Bakı. 29 aprel. REPORT.AZ/ 2014-cü ildə Rusiyanın "Qazprom" şirkətinin gəlirləri ötən illə müqayisədə 7 dəfə, yaxud 1,139 trilyon rubldan (təxminən 26,7 milyard dollar) 159 milyard rubladək (təxminən 3,04 milyard dollar) azalıb.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu haqda qurumun maliyyə hesabatında bildirilib.

Məlumata görə, şirkət bu itkini ilk növbədə rublun məzənnəsinin düşməsi və xərclərin məzənnə fərqinin ödənilməsi ilə əlaqələndirib. Qurum məzənnə fərqinə görə, 2014-cü ildə 925,757 milyard rubl (təxminən 15 milyard dollar) ziyan edib. 

Son xəbərlər

Orphus sistemi