Yuxarı

​"Qazprom" Türkmənistandan aldığı təbii qazın həcmini azaldıb

Türkmənistanın 30 milyard kubmetr qazı Trans-Xəzər boru kəmərləri vasitəsilə axıdılacaq

Bakı.18 fevral. REPORT.AZ/ Rusiyanın "Qazprom" dövlət şirkəti Türmənistandan ixrac etdiyi təbii qazın həcmini azaldıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2015-ci ildən etibarən "Qazprom" Türkmənistandan aldığı təbii qazın həcmini 11 milyard kubmetrdən 4 milyarda endirib.

Türkmənistanın bu sahə üzrə mütəxəssisi V.Pirniyazovun məsələ ilə bağlı açıqlaması Türkmənistanın Təbii Qaz və Mineral Ehtiyatlar Nazirliyinin rəsmi saytında yayımlanıb. O deyib ki, Rusiya tərəfi heç bir səbəb göstərmədən "mavi yanacağ"ın həcmini azaldıb.

Məlumata əsasən, qarşıdan gələn illərdə Türkmənistanın 33 milyard kubmetr təbii qazı Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan və 30 milyard kubmetr qazı isə Trans-Xəzər boru kəmərləri vasitəsilə axıdılacaq. Hər iki xəttin tikintisi ilə bağlı işlər davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi