Yuxarı

​"Qazprom" Türkiyəyə qaz ixracını kəskin azaldıb

Bu Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən baş verib

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən bu ölkəyə qaz tədarükünü kəskin şəkildə azaldıb.

"Report" xəbər verir ki, bu barədə "Bulqartransqaz"a istinadən "İnterfax" məlumat yayıb.

Türkiyənin Energetika Nazirliyi tədarükün azalmasına əsas səbəb kimi havaların anomal isti keçməsi və bunun nəticəsi olaraq qaza tələbatın azalmasını deyil, Türkiyə şirkətləri ilə "Qazprom" arasında yaşanan "qiymət müharibəsi"ni göstərib.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə qaz tədarükünün təqribən yarısı "Bulqartransqaz"ın payına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi