"Qazprom": Türkiyə "Türk axını"nın bəzi xətlərindən imtina etməyib

"Qazprom": Türkiyə "Türk axını"nın bəzi xətlərindən imtina etməyib Bu barədə "Qazprom"un İdarə Heyətinin sədr müavini A.Medvedev bildirib
Region
7 Sentyabr , 2015 16:41
Qazprom: Türkiyə Türk axınının bəzi xətlərindən imtina etməyib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyə tərəfi inşası nəzərdə tutulan "Türk axını" qaz boru kəmərinin ikinci, üçüncü və dördüncü xəttinin tikintisindən imtina etməyib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu "Qazprom" ASC-nin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev mətbuat konfransında bildirib.

İyul ayının sonunda Rusiyanın energetika naziri Aleksandr Novak qeyd edib ki, Moskva bir-iki həftə ərzində "Türk axını"nın bir xətti üzrə hökumətlərarası müqavilə imzalamağa hazırdır. Həmçinin bildirilib ki, Avropa İttifaqı ölkələri üçün qaz tədarük edəcək "Türk axını"nın ikinci və üçüncü xətləri üzrə hökumətlərarası müqavilə ayrı sənəd kimi müzakirələr üçün təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi