"Qazprom Armeniya"nın mətbuat katibi baş nazirin müşaviri təyin olunub

"Qazprom Armeniya"nın mətbuat katibi baş nazirin müşaviri təyin olunub Yeni müşavir əvvəllər də Karen Karapetyanla bir yerdə işləyib
Region
24 Sentyabr , 2016 15:09
Qazprom Armeniyanın mətbuat katibi baş nazirin müşaviri təyin olunub

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Qazprom Armeniya" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Şuşan Sardaryan Ermənistanın baş naziri Karen Karapetyanın müşaviri təyin olunub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sentyabrın 24-də ölkənin baş naziri bununla bağlı əmr imzalayıb.

Məlumata görə, Ş.Sardaryan ictimai əsaslarla işləyəcək. Onun KİV-lə əlaqələr üzrə fəaliyyət göstərəcəyi gözlənilir. Yeni müşavir əvvəllər də Karen Karapetyanla bir yerdə işləyib.  

Son xəbərlər

Orphus sistemi