Yuxarı

Qaziantəpdə partlayış törədilib, 3 polis şəhid olub,8 nəfər yaralanıb - YENİLƏNİB

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Qziantep valisi Ali Yerlikaya hadisə yerinə gedib. Onun sözlərinə görə, 3 polis şəhid olub, 4-ü suriaylı olmaqla 8 nəfər yaralanıb.

***

14.41

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyənin Qaziantəp şəhərində iki terrorçu-intiharçıdan biri özünü partladıb, o biri isə sağ ələ keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə universitet bulvarında baş verib.

İnformasiyaya əsasən, hadisə Qaziantəp əyaləti Şahinbəy rayonunu Güneykent məhəlləsində terrorçuların toplandığı bir evdə baş verib.

Məlumata görə, əyalətin Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlılar şöbəsinin əməkdaşları həmin ərazini mühasirəyə alıb. İnformasiyaya əsasən, xüsusi təyinatlılar evə daxil olarkən, onlardan bir özünü partladıb. Təhlükəsizlik əməkdaşlarından biri də ağır yaralanıb.Polis terrorçulardan birini tutub

Xəbər bildirilib ki, sonradan onların terrorçu İŞİD qruplaşması üzvü olduğu müəyyən edilib. 

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edildid haqda xəbər yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi