Yuxarı
    Bağlamaq

    Qaziantep valiliyi Suriya sərhədinə yaxın ərazini xüsusi təhlükəsizlik zonası elan edib

    Türkiyə Nazirlər Kabineti KİV mənsublarına İŞİD-in təhdidləri və şəxsi təhlükəsizlik səbəbindən həmin əraziyə getməmələrini tövsiyə edib

    Bakı. 24 avqust. REPORT.AZ/ "Türkiyənin Qaziantep əyalətinin Suriyanın Cerablus rayonu ilə həmsərhəd olan Karkamış rayonu xüsusi təhlükəsizlik bölgəsi elan edilib".

    Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsi elan edib. 

    İdarədən bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Hələb əyalətinə aid olan Cerablus rayonunu terrorçu İŞİD qruplaşmasından təmizləmək məqsədi ilə hərbi əməliyyata başlayıb: "Ona görə də Qaziantep valiliyi hərbi əməliyyat gedən həmin əraziyə yaxın yerləri xüsusi təhlükəsizlik bölgəsi elan edib".

    Türkiyə Nazirlər Kabineti KİV mənsublarına İŞİD-in təhdidləri və şəxsi təhlükəsizlik səbəbindən həmin əraziyə getməmələrini tövsiyə edib.

    Qeyd edək ki, Suriyanın Cerablus rayonu Türkiyənin Qaziantep əyaləti ilə həmsərhəddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi