Yuxarı

Qazaxıstanla İran arasında bir milyard dollarlıq müqavilə imzalanıb

İşgüzar Şuranın toplantısında hər iki ölkəni təmsil edən 200-ə yaxın şirkət iştirak edib

Bakı. 11 aprel. REPORT.AZ/ Tehranda Qazaxıstanla İran arasında bir milyard dollarlıq 50 müqavilə imzalanıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda "NUX Bayterek" Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ən iri müqavilə "Bayterek" Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan "Qazaxıstan İnvestisiya Fondu" ilə İranın "Kave Sənaye Qrupu" arasında imzalanıb. İran tərəfi Qazaxıstanın Qızılorda vilayətində kalsiumlaşdırılmış soda istehsalı zavodu tikəcək. Bu layihənin qiyməti 200 milyon dollardır.

Qeyd edək ki Qazaxıstan prezidenti Nursulatn Nazarbayevin İrana səfəri çərçivəsində iki ölkənin İşgüzar Şurasının toplantısı keçirilib. Həmin yığıncaqda hər iki ölkəni təmsil edən 200-ə yaxın şirkətin təmsilçisi iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi