Yuxarı

Qazaxıstanda prezident səlahiyyətlərini icra edəcək şəxs martın 20-də and içəcək

Qazaxıstanın yeni Prezidenti martın 20-də and içəcək

Qazaxıstan Prezidenti səlahiyyətlərini icra edəcək Parlament Senatının sədri Kasım-Jomart Tokayev sabah - martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Nursultan Nazarbayevin xalqa müraciəti zamanı imzaladığı fərmanda bildirilir.

Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi