Yuxarı
    Bağlamaq

    Qazaxıstanın latın qrafikasına keçəcəyi vaxt açıqlanıb

    Nursultan Nazarbayev: “2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”

    Bakı. 12 aprel. REPORT.AZ/ “2018-ci ildən Qazaxıstan məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır”.

    “Report” BBC-yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Egemen Qazaxıstan” (“Müstəqil Qazaxıstan”) qəzetində dərc olunan məqaləsində bildirib.

    “Biz latın əlifbasına keçid dövrünə hazırlığa başlayırıq. Hökumət latın yazılı qazax dilinə keçmək üçün qrafik tərtib etməlidir. Alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.

    Prezidentin sözlərinə görə, ilk dövrlərdə ölkədə latın əlifbası ilə yanaşı kirilcədən də istifadə ediləcək: “Qazaxıstanda 1929-1940-cı illərdə latın əlifbasından istifadə edilib. 1940-cı il noyabrın 13-də qazaxcanın latın yazısından rus dili qrafikası əsasında kiril əlifbasına keçilməsinə dair qərar qəbul edilib. Beləliklə bu dəyişiklik siyasi xarakter daşıyırdı”.

    Qeyd edək ki, 1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanırmış. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanmışdı. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildə müzakirə edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi