Qazaxıstanın keçmiş bank sahibinə 20 il qiyabi iş kəsilib

Qazaxıstanın keçmiş bank sahibinə 20 il qiyabi iş kəsilib O, “cinayətkar təşkilat yaratmaq” və “bankın vəsaitini mənimsəmək” maddələri əsasında mühakimə olunub
Region
7 İyun , 2017 11:54
Qazaxıstanın keçmiş bank sahibinə 20 il qiyabi iş kəsilib

Bakı. 7 iyun. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhər məhkəməsi yerli “BTA-bank”ın keçmiş sahibi Muxtar Ablayzovun əmlakı müsadirə edilməklə 20 il azadlıqdan məhrum olunması barədə qiyabi hökm çıxarıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, “cinayətkar təşkilat yaratmaq” və “bankın vəsaitini mənimsəmək” maddələri əsasında mühakimə olunub.

O, Qazaxıstan müxalifətinin əhəmiyyətli fiqurlarından sayılır. Məhkəmə onun iştirakı olmadan keçirilib. Muxtar Ablayzov 2009-cu ildə bankı müflis elan edildikdən və milliləşdirildikdən sonra Qazaxıstanı tərk edib. O, 1990-cı illərin sonunda Qazaxıstanın energetika, sənaye və ticarət naziri olub və hökumətdə müxtəlif vəzifələrdə işləyib. 2001-ci ilin payızında istefa verdikdən sonra “Qazaxıstanın demokratik seçkiləri” müxalifət hərəkatına başçılıq edib. 2002-ci ildə Qazaxıstan məhkəməsi M.Ablayzovu 3,6 milyon dollar məbləğində cərimələyərək 6 il azadlıqdan məhrum edib. Bir ildən sonra ölkə prezidenti onun barəsində əfv fərmanı imzalayıb. 2009-cu ildə Qazaxıstan və Rusiya onu 70 milyard dollar məbləğində mənimsəmədə ittiham edib. “BTA-bank”ın Ukraynadakı fəaliyyətinə rəsmi Kiyevin də etirazı olub. 2011-ci ildə Britanya ona siyasi sığınacaq verib. Ancaq 2012-ci ildə məhkəməyə hörmət etmədiyi üçün Londonun Ali Məhkəməsi keçmiş bank sahibini 22 ay azadlıqdan məhrum edib. M.Ablayzov 2013-cü ildə isə Rusiya, Ukrayna və Qazaxıstanın tələbi əsasında Fransada həbs olunub. Fransanın Dövlət Şurası onun ekstradisiyasını rədd edib və müxalifətdə olan keçmiş maliyyə oliqarxı azadlığa çıxıb. 

Son xəbərlər

Orphus sistemi