Qazaxıstanın cənubunda neft bazası yanır

Qazaxıstanın cənubunda neft bazası yanır Yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib
Region
4 Avqust , 2016 12:08
Qazaxıstanın cənubunda neft bazası yanır

Bakı. 4 avqust. REPORT.AZ/ Qazaxıstanda neft bazasında yanğın baş verib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Yanğınla bağlı ilkin məlumatlara görə, Cənubi Qazaxıstan vilayətində, "Munay" Məhdud Məsuliyyətli Tərəfdaşlıqda (MMT) benzinlə dolu 8 sisternin, eləcə də nasos stansiyasının söndürülməsi üzərində iş aparılır", - deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.

Yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib. Hadisə yerinə yanğınsöndürmə qatarları da çağırılıb.

Son xəbərlər

Orphus sistemi