Yuxarı

Qazaxıstanın Bakıdakı səfirliyi koronavirusla əlaqədar qaynar xətt açıb

​Qazaxıstanın Bakıdakı səfirliyi koronavirusla əlaqədar qaynar xətt aç

Qazaxıstanın Bakıdakı səfirliyi koronavirusun yayılması təhlükəsi səbəbi ilə Azərbaycanda olan vətəndaşları üçün qaynar xətt açıb.

Bu barədə “Report” diplomatik nümayəndəliyin məlumatına istinadən xəbər verir.

“Koronavirusun yayılma təhlükəsi səbəbi ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycanda olan Qazaxıstan vətəndaşları üçün günboyu işləyən xüsusi telefon xətti açılıb: +7 771 725 55 55”, - məlumatda bildirilir.

Qeyd olunur ki, ölkənin Səhiyyə Nazirliyində 1406 xüsusi zəng mərkəzi (+7 717 2 76 80 43) yaradılıb və Qazaxıstan vətəndaşları koronavirus ilə bağlı onları maraqlandıran bütün məlumatları, həmçinin profilaktik tədbirləri və xəstəliyin əsas simptomları barədə buradan öyrənə bilir.

“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində də qaynar xətt fəaliyyət göstərir. Qazaxıstan vətəndaşları iş vaxtı +7 (7172) 72-05-73, +7 (7172) 72-01-98, +7 (7172) 72-04-93, qeyri-iş saatlarında və istirahət günlərində isə +7 (7172) 72-01-11 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər”, - səfirlikdən qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi