Qazaxıstanın Aktobe şəhərinin sakinləri Levon Mirzoyanın abidəsinin sökülməsini tələb edirlər

Qazaxıstanın Aktobe şəhərinin sakinləri Levon Mirzoyanın abidəsinin sökülməsini tələb edirlər Yerli erməni diasporunun nümayəndələri bu təşəbbüsə qarşı çıxır
Region
29 Sentyabr , 2017 16:50
Qazaxıstanın Aktobe şəhərinin sakinləri Levon Mirzoyanın abidəsinin sökülməsini tələb edirlər

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Aktobe şəhərinin sakinləri qanunsuz ucaldılma və Qazaxıstandakı repressiyalarda əlinin olmasına görə, kommunist Levon Mirzoyanın abidəsinin sökülməsini tələb edirlər.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, arxiv məlumatlarının məlum olmasından sonra fəallar və repressiya qurbanlarının yaxınları abidənin sökülməsini tələb ediblər. Belə ki, arxiv sənədlərindən Partiyanın keçmiş katibi Mirzoyanın Stalindən Qazaxıstanda güllələnməli olanların siyahı üzrə kvotanı artırmağı şəxsən xahiş etdiyi aydınlaşır.

Yerli erməni diasporunun nümayəndələri bu təşəbbüsə qarşı çıxır və L.Mirzoyanın günahı rəsmən sübuta yetirilmədiyinə görə, onun abidəsinin və adını daşıyan küçənin qalmasını istəyirlər.

Öz növbəsində, Aktobe vilayətinin abidələrin tarixi-mədəni irsinin mühafizəsi üzrə Təftiş Komissiyasının rəhbəri Fərhad Dosmuratov abidənin 1997-ci ildə qanunsuz quraşdırıldığını və hər an sökülə biləcəyini bildirib.

Qeyd edək ki, şəhər sakinləri həmçinin Mirzoyanın adını daşıyan küçənin də adını dəyişməyə çalışırlar. Şəhər Məsləhəti (əhali tərəfindən seçilmiş yerli nümayəndə orqanı - red.) küçənin adının Əlixan Bukeyxanov ilə dəyişdirilməsi barədə qərar qəbul edib. Hələlik bu qərar Vilayət Məsləhəti və Onomastik Komissiya tərəfindən təsdiq olunmayıb. 

Son xəbərlər

Orphus sistemi