Yuxarı
    Bağlamaq

    Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb

    Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərilib

    Bakı. 25 iyul. REPORT.AZ/ Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. 

    "Report"un "Sputnik-Qazaxıstan"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.

    Belə ki, Abılay xan adına Universitetin iki magistrantı iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. 

    "İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.

    Onun sözlərinə görə, qazaxıstanlı diplomatlar gənclərin axtarışına başlayıblar. Qazaxıstan səfirliyi Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi