Yuxarı

​Qazaxıstanda yol qəzasında 10 nəfər həyatını itirib

Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın baş vermə səbəbi araşdırılır

Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstanın cənub-şərqində Almatı vilayətində avtomobillərin toqquşması nəticəsində 10 nəfər həyatını itirib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə DİN yerli İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yol-nəqliyyat qəzası Almatı-Akterek-Alqa avtomobil magistralının Jambıl rayonunda baş verib. Hadisə "Mercedes-Benz"lə "Toyota Windom"un toqquşması nəticəsində baş verib.

Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın baş vermə səbəbi araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi