​Qazaxıstanda Stalinin abidəsi götürülüb

​Qazaxıstanda Stalinin abidəsi götürülüb Heykəl 1954-cü ildə qoyulub
Region
15 May , 2015 16:13
​Qazaxıstanda Stalinin abidəsi götürülüb

Bakı. 15 may. REPORT.AZ/ Cənubi Qazaxıstan vilayətinin Əski İkan qəsəbəsində Stalinin heykəlini götürüblər.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Türküstan şəhər hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Yerli hökumətin məmurları abidəni qoyan insanlarla izahat işləri apardıqdan sonra onlar heykəli öz istəkləri ilə götürüblər", - hökumət təmsilçisi bildirib.

Qeyd edək ki, həmin abidə 1954-cü ildə qoyulub. 2014-cü ilin iyununda vilayətdə baş vermiş güclü qasırğa onu zədələyərək uçurub. 2015-ci il mayın əvvəlində yerli ictimai fəallar bərpa edərək, heykəli yaşayış binalarından birinin həyətində qoyublar. 

Son xəbərlər

Orphus sistemi