Yuxarı

Qazaxıstanda saxlanılan radikallar təyyarədən istifadə etməklə terror aktı törətmək niyyətində olub

Onlar Taldıkorqan şəhərinin hava limanında kəşfiyyat aparıb, təyyarənin qaçırılması imkanlarını öyrəniblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində saxlanılan radikallar terror aktı törətmək məqsədilə təyyarə qaçırmağı planlaşdırıblar. 

Bu barədə "Report" Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatına istinadən xəbər verir. 

"Böyük rezonans yaratmaq üçün onlar insanların kütləvi şəkildə toplaşdığı yerlərdə terror aktları törətmək istəyiblər. Bundan başqa, 2001-ci il sentyabrın 11-də ABŞ-dakı hücumlara bənzər terror aktı törətmək məqsədilə həmin şəxslər Taldıkorqan şəhərinin hava limanında kəşfiyyat aparıb, mülki və ya hərbi təyyarənin qaçırılması imkanlarını öyrəniblər", - MTK bildirib. 

Ümumiyyətlə, Qazaxıstanda avqustun 12-dən 30-dək ölkə ərazisində terror aktlarını planlaşdıran üç radikal qruplaşmanın fəaliyyətinin qarşısı alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi