Yuxarı

​Qazaxıstanda rüşvət almaqda şübhəli bilinən iki məmur tutulub

Onlar Ak-saray kafesində aşkarlanan qanun pozuntusunu ört-basdır etmək üçün müəssisənin sahibindən min dollar məbləğində rüşvət alıblar

Bakı. 12 fevral. REPORT.AZ/ Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Almata vilayətnin Kapşaqaya bölgəsi üzrə şöbənin başçısı Abdikerimov J. antikorrupsiya idarəsi tərəfindən həbs edilib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Korrupsiyaya qarşı mübarizə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şöbənin Yanğınəleyhinə Xidmətin mayoru Kuandıkov da tutulub.

Xəbərdə bildirlib ki, Abdikerimov J. və Kuandıkov A. "Ak-saray" kafesində aşkarlanan qanun pozuntusunu ört-basdır etmək üçün müəssisənin sahibindən min dollar məbləğində rüşvət alıblar.

Onlar tutduqları vəzifədən azad edilib və təcridxanada saxlanılırlar.

İşlə bağlı istintaq davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi