​Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsini Senat dəstəkləyib

​Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsini Senat dəstəkləyib Ölkədə sonuncu belə siyası kampaniya da növbədənkənar keçirilib
Region
19 Fevral , 2015 10:03
​Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsini Senat dəstəkləyib

Bakı.19 fevral. REPORT.AZ/ Qazaxıstan parlamentinin Yuxarı Palatası (Senat) ölkədə növbədənkənar prezident seçkisinin tarixinin təyin edilməsi ilə bağlı prezident Nursultan Nazarbayevə müraciət edib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, senatın sədri Kasım-Comərd Tokayev bu haqda məlumat verib.

Onun sözlərinə görə, ölkənin gələcəyi üçün bu seçki vacibdir. Sədr deyib ki, Senat növbədənkənar seçkinin keçirilməsi və onun vaxtının təyin edilməsi ilə bağlı parlamentin Aşağı Palatasının prezidentə müraciətini tam dəstəkləyir.

Xəbərdə bildirilib ki, 41 senat bu müraciətin lehinə, biri isə əleyhinə səs verib.

Ölkə qanunlarına əsasən, növbədənkənar seçkilərin tarixini prezident təyin edir.

Xatırladaq ki, 2011-ci il aprelin 3-də Qazaxıstanda keçirilən sonuncu prezident seçkisi də növbədənkənar olub.

Son xəbərlər

Orphus sistemi