Qazaxıstanda nazirliyin idarə sədrinin müavini korrupsiya ittihamı ilə tutulub

Qazaxıstanda nazirliyin idarə sədrinin müavini korrupsiya ittihamı ilə tutulub O, dövlət sifarişinin icrası zamanı iştirakçıların maraqlarını təmin etmək üçün rüşvət almaqda ittiham olunur
Region
31 Mart , 2017 11:34
Qazaxıstanda nazirliyin idarə sədrinin müavini korrupsiya ittihamı ilə tutulub

Bakı. 31 mart. REPORT.AZ/ Qazaxıstanın Anti-korrupsiya Xidmətinin əməkdaşları ölkənin Dini İşlər və Vətəndaş Cəmiyyəti üzrə Nazirliyinin idarə sədrinin müavini Baurjan Musini saxlayıb. 

“Report” “Tengrinews”a istinadən xəbər verir ki, bu barədə Anti-korrupsiya Xidmətinin mətbuat katibliyi məlumat yayıb.

İnformasiyaya əsasən, B.Musin korrupsiya cinayəti törətməkdə şübhəli bilnir. O, dövlət sifarişinin icrası zamanı iştirakçıların maraqlarını təmin etmək üçün rüşvət almaqda ittiham olunur.

B.Musin sahibkardan rüşvətin növbəti hissəsini-400 min tengeni (1276 dollar) alarkən Anti-korrupsiya Xidmətinin əməkdaşları tərəfindən tutulub. Rüşəvtin ümumi məbləğinin 1,4 milyon tenge (4465 dollar) olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi