Qazaxıstanda narkotik maddələri reklam edən 15 sayt bağlanıb

Qazaxıstanda narkotik maddələri reklam edən 15 sayt bağlanıb Həmin saytların narkotik maddələrin satış yerlərini və qəbulu qaydalarını öyrətməsi aşkarlanıb
Region
6 İyun , 2017 17:44
Qazaxıstanda narkotik maddələri reklam edən 15 sayt bağlanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Qazaxıstanın Kızılorda vilayəti prokurorunun sanksiyası əsasında narkotik maddələri reklam edən 15 sayt bağlanıb.

“Report” KAZİNFORM-a istinadən xəbər verir ki, bu barədə Kızılorda vilayətinin prokuroru Xalidulla Daueşov bildirib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən “Narkotiklərsiz gələcək” layihəsi çərçivəsində narkomanlığa və narkoticarətə qarşı proflaktik tədbirlər görülür.

Prokuror bildirib ki, internet-resurslarında aparılan monitorinq nəticəsində 15 saytın narkotik maddələrini reklam etdiyi, satış yerlərini və qəbulu qaydalarını öyrətməsi və təbliğ etməsi aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi