Qazaxıstanda mitinqlər zamanı 300-dən çox polis xəsarət alıb

Qazaxıstanda mitinqlər zamanı 300-dən çox polis xəsarət alıb Qazaxıstanda icazəsiz mitinqlərin qarşısının alınması zamanı 300-dən çox polis əməkdaşı xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Region
18 İyun , 2019 09:45
Qazaxıstanda mitinqlər zamanı 300-dən çox polis xəsarət alıb

Qazaxıstanda icazəsiz mitinqlərin qarşısının alınması zamanı 300-dən çox polis əməkdaşı xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev bildirib.

Qeyd edək ki, Nur-Sultan və Almatı şəhərlərində iyunun 9-da baş tutmuş prezident seçkisinə qarşı kütləvi etirazlar keçirilib. DİN səsvermə günü ölkənin iki ən böyük şəhərində yüzlərlə insanın saxlanıldığını məlumat verib. Bazar ertəsi də polis etirazçıların kütləvi saxlamalarını davam etdirib. 

Ölkədə ekstremist hərəkat kimi tanınan "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələrdə tərəfdarlarını kütləvi etiraz aksiyalarına çağırıb. Bundan əlavə, o, tərəfdarlarını prezident seçkisini boykot etməyə çağırıb.

DİN başçısının sözlərinə görə, polis əsasən yüngül bədən xəsarətləri alıb, amma ayaq qırılmaları, kəllə-beyin travmaları da var. 

Son xəbərlər

Orphus sistemi