Yuxarı

​Qazaxıstanda mitinqin təşkilinə görə 40-a yaxın fəal saxlanılıb

400-500 nəfərin həbs olunduğu barədə şayiə yayılıb

Bakı. 21 may. REPORT.AZ/ Qazaxıstanda keçirilən torpaq islahatına qarşı icazəsiz aksiya təşkil edən 40-a yaxın ictimai fəal saxlanılıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstan baş prokurorunun müavini Andrey Kravçenko açıqlayıb.

Onun sözlərinə görə, 40-a yaxın fəal inzibati məsuliyyətə cəlb edilib: "Qeyd etmək istəyirəm ki, 400-500 nəfərin həbs olunduğu barədə şayiə yayılıb. Ancaq həqiqətdə bu belə deyil. Bizə məlumdur ki, saxlanılanlar bu günə təyin edilən icazəsiz aksiyanın təşəbbüsçüsü və təşkilatçısıdır. Onlar mitinqə çağırış vərəqələri yayıb, eləcə də sosial şəbəkədə bu haqda məlumat paylaşıblar.

Bu isə bizim qənaətimizcə, qanunsuz mitinqin təşkili kimi qiymətləndirilir. Ona görə, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi