​Qazaxıstanda MDB hökumət başçıları Şurasının iclası keçirilir

​Qazaxıstanda MDB hökumət başçıları Şurasının iclası keçirilir Toplantı iştirakçıları iqtisadi, mədəniyyət və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Region
29 May , 2015 10:59
​Qazaxıstanda MDB hökumət başçıları Şurasının iclası keçirilir

Bakı. 29 may. REPORT.AZ/ Mayın 29-da Qazaxıstanın Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilir. "Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda MDB çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20 sənəd layihəsinin müzakirəsi planlaşdırılır.

İqtisadi sahədə MDB ölkələri üçün aktual olan maliyyə və iqtisadi məsələlərinin birgə həlli yolları, innovativ əməkdaşlığı tənzimləmək məqsədilə qəbul olunan sənədlərin həyata keçirilməsi və MDB iştirakçı dövlətlərin 2020-ci ilədək dövrü əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının 2015-2016-cı illərdə həyata keçiriləcək tədbirləri müzakirə olunacaq.

HBŞ iclasında MDB dövlətlərinin 2020-ci ilədək regionlararası və sərhədyanı əməkdaşlığına dair fəaliyyət planının həyata keçirilməsi üzrə konsepsiya layihəsi müzakirə ediləcək. İclasın gündəliyinə, həmçinin humanitar məsələlərin müzakirəsi də daxil edilib. MDB hökumət başçıları 2016-2020-ci illər üçün mədəniyyət sahəsində Müstəqil Dövlətlər Birliyi ölkələrinin əməkdaşlıq perspektivləri haqqında məsələyə də baxacaqlar.

Bundan başqa iclasda beynəlxalq daşımaların təhlükəsizliyi, radiasiya, kimyəvi və bioloji mühitin monitorinqlərinin keçirilməsi, həmçinin digər vacib məsələlər də müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi