Qazaxıstanda keçmiş nazir müavini 7 il müddətinə azadlıqdan məhrum edilib

Qazaxıstanda keçmiş nazir müavini 7 il müddətinə azadlıqdan məhrum edilib Sayat Şayaxmetov dövlətin 3 milyon 172 min dollar maliyyə vəsaitini mənimsəməkdə günahkar bilinib
Region
2 May , 2017 17:50
Qazaxıstanda keçmiş nazir müavini 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 may. REPORT.AZ/ Qazaxıstanın elm və təhsil nazirinin keçmiş müavini Sayat Şayaxmetov əmlakı müsadirə olunmaqla 7 il müddətinə azadlıqdan edilib.

“Report” “Tengrinews”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 5 il dövlət vəzifəsi tuta bilməz.

Məlumata görə, S.Şayaxmetov barəsində cinayət işi 2014-cü ilin yayında başlanılıb. 

İttiham aktına əsasən, keçmiş nazir müavini külli miqdarda dövlət əmlakını mənimsəyib. İttiham aktına əsasən, keçmiş nazir müavini Ust-Kamenoqorsk şəhərində 700 yerlik təhsil müəssisəsinin tikintisi zamanı dövlətin bir milyard tenqedən çox (3 milyon 172 min dollar) maliyyə vəsaitini mənimsəyib.

Son xəbərlər

Orphus sistemi