​Qazaxıstanda keçirilən prezident seçkisinin nəticələri açıqlanıb

​Qazaxıstanda keçirilən prezident seçkisinin nəticələri açıqlanıb Seçicilərin 1,6 faizi Turqun Sızdıkova, 0,7 faizi isə Əbülqazi Kusainova səs verib
Region
27 Aprel , 2015 09:45
​Qazaxıstanda keçirilən prezident seçkisinin nəticələri açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Seçki Komissiyası Nursultan Nazarbayevi növbədənkənar prezident seçkisinin qalibi elan edib.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Xəbərə görə, hazırkı prezident Nursultan Nazarbayev səsvermədə iştirak edən seçicilərin 97,7%-nin səsini toplayıb.

Seçicilərin 1,6 faizi Turqun Sızdıkova, 0,7 faizi isə Əbülqazi Kusainova səs verib. 

Xatırladaq ki, aprelin 26-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi