​Qazaxıstanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlanıb

​Qazaxıstanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlanıb Seçki aprelin 26-da keçiriləcək
Region
17 Aprel , 2015 17:06
​Qazaxıstanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün 713 beynəlxalq müşahidəçi və xarici KİV-in 134 təmsilçisi akkreditasiya olunub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Mərkəzi Seçki Komissiyası bildirib.

Seçki aprelin 26-da keçiriləcək. Dövlət başçısı postu uğrunda fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Tutqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi