Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər

Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər Qazaxıstan Prezident Administrasiyasının rəhbəri: "Dil məsələsindən savayı, ölüm cəzası məsələsi ilə bağlı da təkliflər gəlib"
Region
1 Mart , 2017 12:06
Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər

Bakı. 1 mart. REPORT.AZ/ Qazaxıstanda dövlət dilinin rolunun gücləndirilməsi və ingilis dilinə rəsmi status verilməsi məsələsi ölkə prezidentinin tapşırığı ilə yaradılmış hakimiyyət qolları arasında səlahiyyətlərin bölüşdürülməsi üzrə İşçi qrupun müzakirəsinə çıxarılıb.

"Report" Qazaxıstanda KİV-inə istinadən xəbər verir ki, bu barədə İşçi qrupunun rəhbəri, Prezident Administrasiyasının rəhbəri Adilbek Caksıbekov bildirib.

Onun sözlərinə görə, dil məsələsindən başqa, ölüm cəzası məsələsi ilə bağlı da təkliflər gəlib: "Bu baxımdan fikirlər haçalanır. Bəziləri ölüm hökmünun tam ləğv olunmasını istəyir, bəziləri də onun tətbiq edilməsi hallarının genişləndirilməsini".

Prezident Administrasiyasının rəhbəri İşçi qrupun bütün təklifləri diqqətlə öyrəndiyini vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanda dövlət dili qazax dilidir. Dövlət təşkilatlarında və yerli özünüidarə orqanlarında qazax dili ilə yanaşı, rus dili də rəsmi qaydada istifadə olunur.

Son xəbərlər

Orphus sistemi