​Qazaxıstanda ilk dəfə "Təşəkkür günü" qeyd edilir

​Qazaxıstanda ilk dəfə "Təşəkkür günü" qeyd edilir Nursultan Nazarbayev: "Mən bu gün səhər iş yoldaşlarımdan üzr istədim"
Region
1 Mart , 2016 12:12
​Qazaxıstanda ilk dəfə Təşəkkür günü qeyd edilir

Bakı. 1 mart. REPORT.AZ/ "Belə bir gündə xeyirxah işlər unudulmamalı, yaxşı əməllərin əvəzi verilməli, insanlar bir-birinə hörmətlə yanaşmalıdır".

"Report" "Tengrinews"a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev martın 1-də ölkə tarixində ilk dəfə keçirilən "Təşəkkür günü" ilə bağlı çıxışında deyib.

"Mən bu gün səhər iş yoldaşlarımdan üzr istədim. Əgər siz işdə, ailədə kimisə incitmisinizsə, bağışlanmağınızı istəyin", - deyə dövlət başçısı vurğulayıb.

Ölkədəki bütün etnik qrupların bir-birinə təşəkkür günü Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis edilib.

Bu tədbir XX əsrin müxtəlif illərində Qazaxıstana sürgün edilmişlərlə bağlıdır. Həmin illərdə yerli əhali gəlmələrə, sürgün olunmuşlara çörək, yatacaq və başqa yardımlar edər, zorla köçürülənlər isə bu hörmətin qarşılığında onlara təşəkkürlərini bildirərmiş.

Qeyd edək ki, kolxozlaşma və II Dünya müharibəsindən sonra Azərbaycan və Ermənistandan da minlərlə azərbaycanlı Qazaxıstana sürgün edillib. Onların yerinə isə ermənilər köçürülüb, yaxud yaşadıqları ərazilər bu etnik qrupun nümayəndələrinə verilib. 

Son xəbərlər

Orphus sistemi