Qazaxıstanda qar uçqunu nəticəsində 7 hərbçi ölüb - YENİLƏNİB

Qazaxıstanda qar uçqunu nəticəsində 7 hərbçi ölüb - YENİLƏNİB Axtarış-xilaetmə işləri davam edir
Region
17 Fevral , 2017 16:10
Qazaxıstanda qar uçqunu nəticəsində 7 hərbçi ölüb - YENİLƏNİB

Bakı. 17 fevral. REPORT.AZ/ Qazaxıstanda qar uçqunu nəticəsində 7 hərbçi ölüb. 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin təmsilçisi Ruslan İmankulov bildirib. 

Onun sözlərinə görə, indiyədək aparılan axtarış-xilaetmə tədbirləri nəticəsində uçqunun altından 10 hərbçi çıxarılıb. 

Axtarış-xilaetmə işləri davam edir.

*** 15:16

Qazaxıstanın cənubunda Janbıl vilayətinin Koksay dərəsində keçirilən hərbi təlim zamanı qar uçqunu olub.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, hazırda axtarış-xilasetmə işləri aparılır.

“Janbıl vilayətinin Koksay dərəsində əsgərlərin plana uyğun olaraq döyüş hazırlığı yoxlanılarkən qəflətən qar uçqunu yaranıb”, - deyə nazirlikdən bildirilib.

Hadisə ilə bağlı başqa məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi