​Qazaxıstanda hərbi maşınlar istehsal olunacaq - VİDEO

​Qazaxıstanda hərbi maşınlar istehsal olunacaq - VİDEO "Paramount" hərbi maşınları hazırda CAR, Azərbaycan və Braziliyanın istifadəsində var
Region
18 Avqust , 2015 06:26
​Qazaxıstanda hərbi maşınlar istehsal olunacaq - VİDEO

Bakı. 18 Avqust. REPORT.AZ/ Astanada tezliklə Cənubi Afrika Respublikasının "Paramount Group" şirkətinin zirehli hərbi avtomobillərinin istehsalına başlanılacaq.

"Report" "Kolesa.kz" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, birgə müəssisə "Qazaxıstan Paramaunt injinirinq" MMŞ adlanacaq. İstehsalın dəqiq tarixi məlum deyil, lakin avadanlıqların ilin sonunadək alınması planlaşdırılır. O da məlumdur ki, ilkin olaraq istehsal məhdudiyyəti 30 faiz təşkil edəcək. Lakin 2018-ci ilədək bu göstəricinin 50 faizədək artırılması nəzərdə tutulub.

Maşınlar "yerli" adlarla, məsələn, "Arlan","Nomad" və "Barıs" kimi adlandırılacaq. "Paramount Group"un bu avtomobilləri hərb aləmində xüsusi populyarlığa malik deyil. Onların yalnız CAR, Azərbaycan, Qabon və Braziliyanın silahlandırılmasında olduğu məlumdur.

Son xəbərlər

Orphus sistemi