Qazaxıstanda ABŞ mallarının Xəzər dənizi vasitəsilə tədarükü haqqında protokol ratifikasiya olunub

Qazaxıstanda ABŞ mallarının Xəzər dənizi vasitəsilə tədarükü haqqında protokol ratifikasiya olunub ABŞ tərəfi alternativ marşrut üzərində işləyir
Region
19 Aprel , 2018 12:01
Qazaxıstanda ABŞ mallarının Xəzər dənizi vasitəsilə tədarükü haqqında protokol ratifikasiya olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Qazaxıstan parlamentinin Senatının (Yuxarı Palata) deputatları ABŞ-ın Əfqanıstanın sabitləşdirilməsi və bərpa edilməsi üzrə səylərdə iştirakı ilə əlaqədar ölkə ərazisində xüsusi yüklərin kommersiya məqsədli dəmir yolu tranzitinin təmin edilməsi barədə Birləşmiş Ştatlar ilə hökumətlərarası sazişə dəyişikliklər edilməsi haqqında Protokolu ratifikasiya edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, qanun layihəsi Qazaxıstan parlamentinin Məclisi (Aşağı Palata) tərəfindən 2018-ci ilin mart ayında nəzərdən keçirilib və təsdiq edilib.

"Əfqanıstandakı qoşunların maddi təminatının əsas marşrut Pakistandan keçir. Lakin hərbi-siyasi qeyri-sabitlik və ikitərəfli münasibətlərdə mövcud olan fikir ayrılıqları ilə əlaqədar ABŞ tərəfi yeni alternativ marşrut üzərində işləyir: Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə Qazaxıstana (Aktau və Kurık limanlarına) və oradan dəmir yolu xətti ilə Özbəkistan və Əfqanıstana. Bu, Şimal bölgü şəbəkəsinin yeni modifikasiya edilmiş variantıdır", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi