Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq Aprelin 28-30-da ölkədə gecə şaxta olacağı gözlənilir
Region
28 Aprel , 2017 16:20
Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Qazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Kazhidromet"in fırtına xəbərdarlığına əsasən, aprelin 29-da gecə Cənubi Qazaxıstan regionunda sulu qara keçəcək yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır, şimal-qərb küləyi 15-20 m/s qədər güclənəcək. Aprelin 28-30-da ölkədə gecə şaxta olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi