Yuxarı

Qazaxıstan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasını təşkil edəcək

XİN rəhbərləri iclasda Konvensiya layihəsinin mətni üzərindəki işlə bağlı ilkin yekunları müzakirə edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ "Qazaxıstan beşinci Xəzər sammitinin təşkilatçısı kimi gələn il Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır". "Report" Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.

Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 42-ci sessiyasında çıxış edən Y.İdrisov XİN rəhbərlərinin iclasda Konvensiya layihəsinin mətni üzərindəki işlə bağlı ilkin yekunları müzakirə edəcəyini və sammitə hazırlıq səviyyəsini müəyyənləşdirəcəyini qeyd edib.

"Düşünürəm ki, nazirlərin görüşünün təşkili gələn ilin ikinci kvartalından tez olmayacaq. O vaxta qədər Konvensiyanın məzmunu da tam formalaşar", - Qazaxıstan XİN rəhbəri deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi