Yuxarı
    Bağlamaq

    Qazaxıstan Xəzərdə fövqəladə halların qarşısının alınması üzrə əməkdaşlıq müqaviləsini ratifikasiya edib

    Müqavilə Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığını möhkəmləndirməyə imkan verəcək

    Bakı. 6 may. REPORT.AZ/ Qazaxıstan Parlamentinin Məclisi plenar iclasda "Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsinin ratifikasiyası haqqında" qanun layihəsini təsdiq edib. Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.

    Qanun layihəsini təqdim edən Qazaxıstan daxili işlər naziri Kalmuxanbet Kasımovun sözlərinə görə, Xəzərdə mülki müdafiə sahəsində əməkdaşlıq təbii fəlakət risklərini azaltmağa və təbii və texnogen xarakterli fövqəladə halların nəticələrini minimuma endirməyə kömək edəcək. Müqavilənin ratifikasiyası digər dövlətə təsir edə biləcək fövqəladə halın yaranma riski haqqında xəbər verməyə, fövqəladə halların proqnozlaşdırılması və monitorinqi sahəsində təcrübə mübadiləsi aparmağa, eləcə də tərəfdaş dövlətlərin tədris müəssisələrində mülki müdafiə sahəsi üzrə mütəxəssislərin təlim keçməsinə və onların yenidən hazırlanmasına imkan yaradacaq.

    Müqavilə 19 oktyabr 2014-cü il tarixində Xəzəryanı dövlət başçılarının Rusiyanın Həştərxan şəhərində keçirilən 4-cü sammiti çərçivəsində imzalanıb. Müqaviləni Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi