Qazaxıstan və Qırğızıstan prezidentləri TDƏŞ-nin növbəti sammitinin keçiriməsi məsələsini müzakirə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri TDƏŞ-nin növbəti sammitinin keçiriməsi məsələsini müzakirə ediblər Daha əvvəl sammitin keçirilmə tarixi Qırğızıstan tərəfinin təşəbbüsü ilə ertələnib
Region
5 Noyabr , 2016 11:30
Qazaxıstan və Qırğızıstan prezidentləri TDƏŞ-nin növbəti sammitinin keçiriməsi məsələsini müzakirə ediblər

Bakı. 5 noyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev və onun qırğız həmkarı Almazbek Atambayev arasında telefon danışığı olub.

"Report" Qazaxıstan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər qarşıdan gələn görüşlərin qrafikini, o cümlədən 2017-ci ilin birinci rübündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammitinin keçirilməsini müzakirə ediblər.

Görüş zamanı dövlət başçıları həmçinin ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, iki ölkənin Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı əlaqəsini müzakirə ediblər.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammiti bu ilin dördüncü rübündə Bişkekdə keçirilməli idi. Lakin Qırğızıstan tərəfinin təşəbbüsü ilə sammit qeyri-müəyyən müddətə ertələnib. Görüşün təxirə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

Son xəbərlər

Orphus sistemi