Yuxarı
    Bağlamaq

    ​Qazaxıstanın ÜTT-yə daxil olması ilə bağlı danışıqları başa çatıb

    Hazırda Azərbaycan da, təşkilata üzv olmağa dair danışıqlar aparır

    Bakı. 11 İyun. REPORT.AZ/ Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma şərtləri ilə bağlı təqribən 20 il davam edən danışıqları başa çatdırıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 22-də üzvolma barədə sənədlər paketi "rəsmən təsdiq edilməsi üçün daxilolma üzrə İşçi qrupunun üzvlərinə" təqdim olunacaq, ardınca isə təşkilatın Baş Şurasının təsdiqinə veriləcək.

    "Mən bu tarixi addım münasibəti ilə ÜTT-nin üzv ölkələrini və Qazaxıstan hökumətini təbrik edirəm", - deyə təşkilatın baş direktoru Robertu Azevedu bildirib.

    Qazaxıstan quruma daxil olmaq haqqında ərizəni 29 yanvar 1996-cı ildə təqdim edib.

    Hazırda 21 ölkə, eləcə də Azərbaycan, Belarus və Özbəkistan ÜTT-yə üzv olmaq barədə danışıqlar aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi