​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi dəyişdirilib

​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi dəyişdirilib Dmitri Peskov : "Həqiqətən də üç dövlətin liderləri Astanada keçiriləcək görüşün tarixini bir neçə gün geri çəkiblər"
Region
11 Mart , 2015 14:42
​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi dəyişdirilib

Bakı. 11 mart. REPORT.AZ/ Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüşünün tarixi dəyişdirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

"Həqiqətən də üç dövlətin liderləri Astanada keçiriləcək görüşün tarixinin bir neçə gün geri çəkilməsi haqda qərar qəbul ediblər", - o, vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun martın 12-13-də Qazaxıstanın paytaxtı Astanada görüşəcəyi planlaşdırılmışdı.

Yeni görüşün tarixi hələ açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi