Yuxarı

Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanada görüşəcək

Dövlət başçılarının ölkələrarası qarşılıqlı iqtisadi əlaqələri və beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir

Bakı. 9 mart. REPORT.AZ/ Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanda üçtərəfli görüş keçirəcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat katibliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, martın 13-də keçiriləcək görüşdə dövlət başçılarının ölkələrarası qarşılıqlı iqtisadi əlaqələri və beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir.

"Prezidentlər Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko dünya iqtisadiyyatındakı inkişaf tendensiyasını və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər", - mətbuat katibliyi vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi